​Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalla görüşəcək

​Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalla görüşəcək Görüş prezident sarayında keçiriləcək
Region
10 İyun , 2015 14:12
​Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalla görüşəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri, 7 iyun seçkisində yenidən deputat seçilən Dəniz Baykalla görüşəcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, Türkiyə prezidenti Antalyadan deputat seçilən Dəniz Baykala bu gün dəvət göndərib. D.Baykal prezidentlə görüşmək üçün bu gün Antalyadan Ankaraya qayıdacaq. Görüş Ankarada, Beştəpədəki prezident sarayında keçiriləcək.

Xatırladaq ki, Dəniz Baykal 1995-2010-cu illərdə Cümhuriyyət Xalq Partiyasının sədir olub. O, Böyük Millət Məclisinə yeni sədr seçilənədək ən yaşlı deputat kimi iclaslara sədrlik edəcək. D.Baykal 1938-ci ildə anadan olub. 

Son xəbərlər

Orphus sistemi