​Ramzan Kadırov Qafqazı Türkiyədə istirahətə alternativ adlandırıb

​Ramzan Kadırov Qafqazı Türkiyədə istirahətə alternativ adlandırıb Bu barədə o "Instagram" səhifəsində yazıb
Region
14 Aprel , 2016 20:41
​Ramzan Kadırov Qafqazı Türkiyədə istirahətə alternativ adlandırıb

Bakı. 14 aprel. REPORT.AZ/ Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, Qafqaz və Ukraynanın Krım regionu əvvəllər Türkiyə, Tunis və digər ölkələrə istirahətə gedən rusiyalı turistlər üçün alternativ variant ola bilər.

"Report" xəbər verir ki, bu barədə o "Instagram" səhifəsində yazıb.

"Vladimir Putin əmindir ki, Türkiyə rəhbərliyi turistlərin təhlükəsizliyini təmin etməyə cəhd göstərəcək, belə ki, bu, büdcəyə böyük gəlir mənbəyidir, lakin turistlərin həyatı üçün heç bir zəmanət yoxdur. O çimərliyində turistlər güllələnən Tunisi buna misal gətirib. Əlbəttə istirahət üçün alternativ var. Bu ilk növbədə bizim Qafqaz və Krımdır", — deyə Kadırov yazıb.

Son xəbərlər

Orphus sistemi