​Rahat Əliyevin ölüm işinin araşdırılmasında Qazaxıstan da iştirak etmək istəyir

​Rahat Əliyevin ölüm işinin araşdırılmasında Qazaxıstan da iştirak etmək istəyir Onun qohumları və həyat yoldaşı Qazaxıstanın Avstriyadakı səfirliyinə yardımla bağlı müraciət etməyib
Region
25 Fevral , 2015 15:38
​Rahat Əliyevin ölüm işinin araşdırılmasında Qazaxıstan da iştirak etmək istəyir

Bakı. 25 fevral. REPORT.AZ/ Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Rahat Əliyevin ölümü ilə bağlı təhqiqatda Qazaxıstan tərəfi də iştirak etmək niyyətindədir.

"Report" "Newskaz.ru"ya istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

"Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları Əliyev (Şoraz) Rahat M.-in ölümünün obyektiv və ətraflı araşdırılması ilə bağlı Avstriyanın səlahiyyətli orqanlarını məlumatlandırıb və Avstriya tərəfi razılıq verəcəyi halda, bu prosesdə iştirak etmək istədiyini də bildirib", - nazirliyin məlumatında vurğulanıb.

Məlumata əsasən, mərhumun qohumları və dul həyat yoldaşı Elnarə Şorazova Qazaxıstanın Avstriyadakı səfirliyinə yardımla bağlı müraciət etməyib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Vyanada həbsxanada intihar edib. Bu barədə Avstriya məhkəməsinin mətbuat katibi bildirib. Rahat Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqənin keçmiş həyat yoldaşıdır.

Son xəbərlər

Orphus sistemi