QUAM: Ukraynanın şərqində keçirilən "seçkilər" qanunsuzdur

QUAM: Ukraynanın şərqində keçirilən "seçkilər" qanunsuzdur Onlar Ukraynanın Konstitusiyası və milli qanunvericiliyin pozulması ilə keçiriliblər
Region
7 Noyabr , 2014 17:38
QUAM: Ukraynanın şərqində keçirilən seçkilər qanunsuzdur
Bakı. 7 noyabr. REPORT.AZ/ GUAM noyabr ayının 2-də Şərqi Ukraynada keçirilən "seçkilərin" legitimliyini tanımır. "Report"un verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi saytında yayılan bəyanatda deyilir. 

GUAM-ın bəyanatında qeyd olunub ki, "seçkilər" qanunsuzdur və proses Ukraynanın Konstitusiyası və milli qanunvericiliyin pozulması ilə keçirilib.

"Təşkilat Ukraynanın suveren dövlət kimi ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etməyin fundamental əhəmiyyətini yenidən vurğulayır" - deyə, bəyanatda qeyd olunub. 

GUAM həmçinin beynəlxalq ictimaiyyəti Ukraynada böhranın siyasi həllinin tapılması üzrə səyləri gücləndirməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi