​Qiyamçıların Türkiyəni tərk etməməsi üçün ölkənin sərhədlərində xüsusi rejimə keçilib

​Qiyamçıların Türkiyəni tərk etməməsi üçün ölkənin sərhədlərində xüsusi rejimə keçilib Dövlət çevrilişinə cəhd edən hərbçilərin xaricə qaçacaqları barədə məlumat daxil olub
Region
16 İyul , 2016 11:45
​Qiyamçıların Türkiyəni tərk etməməsi üçün ölkənin sərhədlərində xüsusi rejimə keçilib

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhd edən qiyamçı hərbçilərin ölkəni tərk etməməsi üçün sərhəd-buraxılış məntəqələrinə xüsusi tapşırıq verilib. 

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Agentliyin xəbərinə görə, yüksək vəzifədə olan və Fətullah Gülən Terror Təşkilatı (FETÖ) üzvü olduğu müəyyənləşdirilənlərin xaricə qaçacaqları barədə məlumat daxil olub: "Ona görə də sərhəd-buraxılış məntəqələrində xüsusi rejimə keçirilib".

Son xəbərlər

Orphus sistemi