​Qırğızıstanın müdafiə naziri korrupsiyaya görə işdən azad edilib

​Qırğızıstanın müdafiə naziri korrupsiyaya görə işdən azad edilib Bir müddət öncə Abibilla Kudayberdiyev barəsində cinayət işi açılıb
Region
12 Oktyabr , 2015 13:31
​Qırğızıstanın müdafiə naziri korrupsiyaya görə işdən azad edilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin müdafiə naziri Abibilla Kudayberdiyevi tutduğu vəzifədən azad edib.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumat görə, bir müddət öncə A.Kudayberdiyev barəsində cinayət işi açılıb. O, Müdafiə Nazirliyinə ayrılan büdcə xərclərindən qanunsuz istifadə etməkdə və korrupsiyada ittiham olunur.

Nazir vəzifəsi səlahiyyətlərini müdafiə nazirinin birinci müavini Zamirbek Suerkulov icra edir. 

Son xəbərlər

Orphus sistemi