Qırğızıstanda şagirdlərin məktəbə hicablı gəlməsi qadağan edilib

Qırğızıstanda şagirdlərin məktəbə hicablı gəlməsi qadağan edilib Müfti və Dini Məsələlər üzrə Dövlət Komissiyasının təmsilçisi də məktəblərdə hicabın geyinilməsinin qəbuledilməzliyini bildiriblər
Region
11 Avqust , 2015 10:32
Qırğızıstanda şagirdlərin məktəbə hicablı gəlməsi qadağan edilib

Bakı. 11 avqust . REPORT.AZ/ Qırğızıstanda şagirdlərin məktəbə hicabla getməsi qadağan edilib.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin təhsil naziri Elvira Sarıyeva bildirib.

"Baş nazir aydın şəkildə bəyan edib ki, dünyəvi dövlət dünyəvi qanun-qaydalarla idarə olunmalıdır, ancaq dini baxışlara da hörmət edilməlidir. Məktəb çərçivəsində standart məktəbli forması təsdiqlənib. Biz hesab edirik ki, şagirdlər bu qaydaya əməl etməlidir", - E.Sarıyeva vurğulayıb.

Onun sözlərinə görə, Qırğızıstan müftisi və Dini Məsələlər üzrə Dövlət Komissiyasının təmsilçisi də məktəblərdə hicabın geyinilməsinin qəbuledilməzliyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi