Bakı. 14 sentyabr. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekdə MDB-nin yubiley sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
"Report" xəbər verir ki, bu haqda TASSa respublikanın Daxili İşlər Nazirliyindən bildirilib.
İnfromasiyaya görə, zirvə toplantısının təhlükəsizlik tədbirinə 3 minə yaxın Qırğız Respublikasının polisi (milis) cəlb ediləcək.
Qedy edək ki, sentyabrın 16-da Bişkekdə MDB-yə üzv-dövlət başçıları Şurasının 25-ci yubiley sammiti keçiriləcək. Bu Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi gözlənilir.