Qırğızıstan prezidentinin səhhəti ilə bağlı rəsmi məlumat verilib

Qırğızıstan prezidentinin səhhəti ilə bağlı rəsmi məlumat verilib Almaz Usenov: "Onun səhhəti ağır deyil"
Region
20 Sentyabr , 2016 17:18
Qırğızıstan prezidentinin səhhəti ilə bağlı rəsmi məlumat verilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Qırğızıstan Respublikası prezidentinin səhhəti normaldır və hazırda məzuniyyətdədir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikası prezidentinin mətbuat katibi Almaz Usenov bildirib.

"Onun səhhəti ağır deyil", - deyə mətbuat katibi vurğulayıb.

O, prezidentin işə çıxacağı tarix haqda dəqiq məlumat verə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edir. Məlumata görə, A.Atambayev sentyabrın sonlarınadək Türkiyədə müalicə olunacaq. Prezident Administrasiyasının məlumatına görə, məzuniyyət oktyabrın 1-dək davam edə bilər.

Xatırladaq ki, sentyabrın 19-da Qırğızıstan prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edib. Bəzi KİV-lər isə Qırğızıstan Respublikası dövlət başçısının səhhətinin ağır olduğu barədə məlumat yayıb. 

Son xəbərlər

Orphus sistemi