​Qətnamənin əleyhinə səs verən deputat: "Bu, Bundestaqın vəzifəsi deyil"

​Qətnamənin əleyhinə səs verən deputat: "Bu, Bundestaqın vəzifəsi deyil" Bettina Kudla: "Bu məsələnin dəyərləndirilməsində məsuliyyət Türkiyənin üzərinə düşür"
Region
2 İyun , 2016 17:22
​Qətnamənin əleyhinə səs verən deputat: Bu, Bundestaqın vəzifəsi deyil

Bakı. 2 iyun. REPORT.AZ/ Bettina Kudla Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnamənin əleyhinə səs verən yeganə deputatdır.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, o, Almaniya Xristian Demokrat Birlik Partiyasının üzvüdür.

B.Kudla bildirib ki, Bundestaqın xarici ölkələrdə baş verən tarixi hadisələrə qiymət vermək haqqı yoxdur: "Başqa ölkələrdə baş vermiş tarixi hadisələri dəyərləndirmək Bundestaqın vəzifəsi deyil. Odur ki, bu məsələnin dəyərləndirilməsində məsuliyyət Türkiyənin üzərinə düşür".

"Bu qərar Türkiyə ilə əalqələrə zərər verəcək. Avropa İttifaqı ilə Türkiyə arasında qaçqınlarla bağlı razılaşmanın yerinə yetrilməsi çətinləşəcək. Bu, Avropada qaçqınlar və mühacirlər məsələsinin həllində çətinlik yaradacaq. Türkiyə ilə qaçqınlar məsələsində əldə edilən razılaşmanın pozulması halında böyük humanitar problemlərlə yanaşı, Almaniya daha çox maliyyə vəsaiti xərləyəcək", - deyə B.Kudla vurğulayıb. 

Qeyd edək ki, bu gün Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib. Qətnaməni parlamentə deputatları çoxluq təşkil edən qrup - Almaniya kansleri Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.

Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıması əks olunub.

Son xəbərlər

Orphus sistemi