​"Qazprom" Türkiyəyə qaz ixracını kəskin azaldıb

​"Qazprom" Türkiyəyə qaz ixracını kəskin azaldıb Bu Türkiyənin özəl enerji şirkətləri ilə qiymət mübahisəsi səbəbindən baş verib
Region
25 Fevral , 2016 23:54
​Qazprom Türkiyəyə qaz ixracını kəskin azaldıb

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiyanın "Qazprom" dövlət şirkəti Türkiyənin özəl enerji şirkətləri ilə qiymət mübahisəsi səbəbindən bu ölkəyə qaz tədarükünü kəskin şəkildə azaldıb.

"Report" xəbər verir ki, bu barədə "Bulqartransqaz"a istinadən "İnterfax" məlumat yayıb.

Türkiyənin Energetika Nazirliyi tədarükün azalmasına əsas səbəb kimi havaların anomal isti keçməsi və bunun nəticəsi olaraq qaza tələbatın azalmasını deyil, Türkiyə şirkətləri ilə "Qazprom" arasında yaşanan "qiymət müharibəsi"ni göstərib.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə qaz tədarükünün təqribən yarısı "Bulqartransqaz"ın payına düşür.

Son xəbərlər

Orphus sistemi