Qaziantep valiliyi Suriya sərhədinə yaxın ərazini xüsusi təhlükəsizlik zonası elan edib

Qaziantep valiliyi Suriya sərhədinə yaxın ərazini xüsusi təhlükəsizlik zonası elan edib Türkiyə Nazirlər Kabineti KİV mənsublarına İŞİD-in təhdidləri və şəxsi təhlükəsizlik səbəbindən həmin əraziyə getməmələrini tövsiyə edib
Region
24 Avqust , 2016 10:14
Qaziantep valiliyi Suriya sərhədinə yaxın ərazini xüsusi təhlükəsizlik zonası elan edib

Bakı. 24 avqust. REPORT.AZ/ "Türkiyənin Qaziantep əyalətinin Suriyanın Cerablus rayonu ilə həmsərhəd olan Karkamış rayonu xüsusi təhlükəsizlik bölgəsi elan edilib".

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsi elan edib. 

İdarədən bildirilib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Hələb əyalətinə aid olan Cerablus rayonunu terrorçu İŞİD qruplaşmasından təmizləmək məqsədi ilə hərbi əməliyyata başlayıb: "Ona görə də Qaziantep valiliyi hərbi əməliyyat gedən həmin əraziyə yaxın yerləri xüsusi təhlükəsizlik bölgəsi elan edib".

Türkiyə Nazirlər Kabineti KİV mənsublarına İŞİD-in təhdidləri və şəxsi təhlükəsizlik səbəbindən həmin əraziyə getməmələrini tövsiyə edib.

Qeyd edək ki, Suriyanın Cerablus rayonu Türkiyənin Qaziantep əyaləti ilə həmsərhəddir.

Son xəbərlər

Orphus sistemi