​Qazaxıstanın hakim partiyası prezidentliyə namizədinin adını açıqladı

​Qazaxıstanın hakim partiyası prezidentliyə namizədinin adını açıqladı Aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək
Region
11 Mart , 2015 10:39
​Qazaxıstanın hakim partiyası prezidentliyə namizədinin adını açıqladı

Bakı. 11 mart. REPORT.AZ/ Qazaxıstanın fəaliyyətdə olan dövlət başçısı Nursultan Nazarbayev növbədənkənar prezident seçkisində yenidən prezidentliyə namizəd kimi irəli sürülüb.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, martın 11-də hakim "Nur Otan" Partiyasının XVI növbədənkənar qurultayı keçirilib. Qurultay iştirakçıları onun namizədliyini irəli sürüb.

Xatırladaq ki, bu il aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Növbəti prezident seçkisi isə 2016-cı ildə keçirilməli idi. 

Son xəbərlər

Orphus sistemi