Qazaxıstanda saxlanılan radikallar təyyarədən istifadə etməklə terror aktı törətmək niyyətində olub

Qazaxıstanda saxlanılan radikallar təyyarədən istifadə etməklə terror aktı törətmək niyyətində olub Onlar Taldıkorqan şəhərinin hava limanında kəşfiyyat aparıb, təyyarənin qaçırılması imkanlarını öyrəniblər
Region
5 Sentyabr , 2016 16:37
Qazaxıstanda saxlanılan radikallar təyyarədən istifadə etməklə terror aktı törətmək niyyətində olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Almatı vilayətində saxlanılan radikallar terror aktı törətmək məqsədilə təyyarə qaçırmağı planlaşdırıblar. 

Bu barədə "Report" Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) məlumatına istinadən xəbər verir. 

"Böyük rezonans yaratmaq üçün onlar insanların kütləvi şəkildə toplaşdığı yerlərdə terror aktları törətmək istəyiblər. Bundan başqa, 2001-ci il sentyabrın 11-də ABŞ-dakı hücumlara bənzər terror aktı törətmək məqsədilə həmin şəxslər Taldıkorqan şəhərinin hava limanında kəşfiyyat aparıb, mülki və ya hərbi təyyarənin qaçırılması imkanlarını öyrəniblər", - MTK bildirib. 

Ümumiyyətlə, Qazaxıstanda avqustun 12-dən 30-dək ölkə ərazisində terror aktlarını planlaşdıran üç radikal qruplaşmanın fəaliyyətinin qarşısı alınıb. 

Son xəbərlər

Orphus sistemi