​Qazaxıstanda rüşvət almaqda şübhəli bilinən iki məmur tutulub

​Qazaxıstanda rüşvət almaqda şübhəli bilinən iki məmur tutulub Onlar "Ak-saray" kafesində aşkarlanan qanun pozuntusunu ört-basdır etmək üçün müəssisənin sahibindən min dollar məbləğində rüşvət alıblar
Region
12 Fevral , 2016 09:56
​Qazaxıstanda rüşvət almaqda şübhəli bilinən iki məmur tutulub

Bakı. 12 fevral. REPORT.AZ/ Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Almata vilayətnin Kapşaqaya bölgəsi üzrə şöbənin başçısı Abdikerimov J. antikorrupsiya idarəsi tərəfindən həbs edilib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Korrupsiyaya qarşı mübarizə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şöbənin Yanğınəleyhinə Xidmətin mayoru Kuandıkov da tutulub.

Xəbərdə bildirlib ki, Abdikerimov J. və Kuandıkov A. "Ak-saray" kafesində aşkarlanan qanun pozuntusunu ört-basdır etmək üçün müəssisənin sahibindən min dollar məbləğində rüşvət alıblar.

Onlar tutduqları vəzifədən azad edilib və təcridxanada saxlanılırlar.

İşlə bağlı istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi