Qazaxıstanda parlament seçkilərini MDB-dən 301 müşahidəçi izləyəcək

Qazaxıstanda parlament seçkilərini MDB-dən 301 müşahidəçi izləyəcək Say tərkibinə görə, bu, ən böyük beynəlxalq müşahidəçi missiyadır
Region
17 Mart , 2016 13:30
Qazaxıstanda parlament seçkilərini MDB-dən 301 müşahidəçi izləyəcək

Bakı. 17 mart. REPORT.AZ/ Qazaxıstanda keçiriləcək Məclis (parlament) seçkilərini Müstəqil Dövlətlər Birliyindən (MDB) müşahidə edəcək müşahidə missiyasının formalaşması başa çatıb.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə bu gün MDB Müşahidə Missiyasının heyət üzvü Yevgeni Kozyak MSK-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, missiyanın tərkibində Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, MDB-yə üz dövlətlərin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqının Parlament Assambleyası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB İcraiyyə Komitəsini təmsil edən 301 müşahidəçi daxildir.

"Say tərkibinə görə, bu, ən böyük beynəlxalq müşahidəçi missiyadır. Müşahidəçilərin əksəriyyəti sabah və birisi gün gələcək", - deyə Y.Kozyak bildirib.

Son xəbərlər

Orphus sistemi