Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının iclası başlayıb - ƏLAVƏ OLUNUB

Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının iclası başlayıb - ƏLAVƏ OLUNUB Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir
Region
16 Oktyabr , 2015 10:35
Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının iclası başlayıb - ƏLAVƏ OLUNUB

Bakı. 16 oktyabr. REPORT.AZ/ Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının iclası başlayıb.

"Report" xəbər verir ki, toplantı ölkənin Akmola vilayətinin Burabay qəsəbəsində keçirilir. 

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Azərbaycan Prezidentini Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər. 

Sonra Prezident Nursultan Nazarbayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana gələn digər dövlət başçılarını qarşılayıb. 

Prezidentlər birgə foto çəkdiriblər.

Dövlət başçılarının iclasda terror təhlükəsinə qarşı birgə mübarizə, təhlükəsizlik və asayişin təmin olunması, MDB iştirakçı dövlətləri hüquq-mühafizə orqanlarının əməkdaşlığı məsələlərini müzakirə edəcəkləri gözlənilir. 

BMT-nin yaradılmasının 70 illiyi münasibətilə  bəyanatların, Çernobıl AES-də qəzanın baş verməsinin 30 illiyi ilə əlaqədar müraciətnamələrin qəbul olunması nəzərdə tutulub. Gündəlikdə, həmçinin 2016-cı ildə  MDB-də sədrlik məsələsi də daxil olmaqla, təşkilati xarakterli məsələlər də var.  

Son xəbərlər

Orphus sistemi