​Qazaxıstanda keçirilən antiterror əməliyyatı nəticəsində ölənlərin sayı 11-ə çatıb

​Qazaxıstanda keçirilən antiterror əməliyyatı nəticəsində ölənlərin sayı 11-ə çatıb Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub
Region
6 İyun , 2016 11:10
​Qazaxıstanda keçirilən antiterror əməliyyatı nəticəsində ölənlərin sayı 11-ə çatıb

Bakı. 6 iyun . REPORT.AZ/ Qazaxıstanın Aktoba vilayətinin eyniadlı mərkəzində keçirilən antiterror əməliyyatı nəticəsində daha 5 ekstremist öldürülüb, iki nəfər tutulub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bir müddət öncə hadisə nəticəsində 3 hərbçinin və 3 mülki şəxsin öldürüldüyü, 10 nəfərin xəsarət aldığı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Qazaxıstanın Aktoba vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir. Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üçü öldürülüb, biri isə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.

Xəbərə əsasən, Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub. 

Son xəbərlər

Orphus sistemi