Qazaxıstanda hərbi bölmələr gücləndirilmiş rejimə keçib

Qazaxıstanda hərbi bölmələr gücləndirilmiş rejimə keçib Silah və sursat saxlama obyektlərinin mühafizəsi daha da gücləndirilib
Region
18 İyul , 2016 12:51
Qazaxıstanda hərbi bölmələr gücləndirilmiş rejimə keçib

Bakı. 18 iyul. REPORT.AZ/ "Almatı şəhərində terror təhlükəsinin qırmızı səviyyəsi elan olunduğundan Qazaxıstan Silahlı Qüvvələrinin hərbi hissələri və müəssisələri gücləndirilmiş rejimə keçib".

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda silah və sursat saxlama obyektlərinin mühafizəsinin daha da gücləndirildiyi qeyd edilib.

Xatırladaq ki, Almatıda naməlum şəxslər polis idarəsinə silahlı basqın həyata keçirərək polisləri atəşə tutub. Hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub. Polis artıq hücum edənlərdən birini həbs edib, digərinin axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi