​Qazaxıstanda helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

​Qazaxıstanda helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb Helikopter xəstə uşağı Taldıkurqan şəhərindəki xəstəxanaya çatdırmaq üçün uçurmuş
Region
28 Yanvar , 2016 09:38
​Qazaxıstanda helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Qazaxıstanda mülki helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ruslan İmankulov bildirib.

Məlumata görə, helikopter Almatı vilayətinin Alakol bölgəsinin Uşaral şəhərindən xəstə uşağı Taldıkurqan şəhərindəki xəstəxanaya çatdırmaq üçün uçurmuş.

Qəza nəticəsində helikopterin göyərtəsindəki 5 nəfər - pilot, iki tibb işçisi, ana və xəsətə uşaq həlak olub. 

Son xəbərlər

Orphus sistemi