​Qazaxıstan Xəzərdə ilk hərbi pirsin tikintisini başa çatdırmaq üzrədir

​Qazaxıstan Xəzərdə ilk hərbi pirsin tikintisini başa çatdırmaq üzrədir Qurğu oktyabrda istifadəyə veriləcək
Region
12 Avqust , 2016 11:10
​Qazaxıstan Xəzərdə ilk hərbi pirsin tikintisini başa çatdırmaq üzrədir

Bakı. 12 avqust. REPORT.AZ/ Qazaxıstanın Aktau beynəlxalq dəniz ticarəti limanında ilk hərbi pirsin (gəmilərin yan aldığı yer) tikintisi baş çatmaq üzrədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, inşasına bu ilin fevralında başlanılan hərbi gəmilərin lövbər salacağı bu yer oktyabrda istifadəyə veriləcək.

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Jandarbek Janzakov deyib ki, yeni qurğu istismara veriləndən sonra Xəzərin Qazaxıstana aid hissəsindəki istənilən əraziyə gəmilərin çıxmasını təmin etmək mümkün olacaq.

Qeyd edək ki, hazırda Qazaxıstanın hərbi gəmiləri hərbi-dəniz bazasından 140 km aralıda yerləşən Baytino qəsəbəsindəki icarəyə götürülən pirsdə yan alır. 

Son xəbərlər

Orphus sistemi