Qazaxıstan Xəzərdə fövqəladə halların qarşısının alınması üzrə əməkdaşlıq müqaviləsini ratifikasiya edib

Qazaxıstan Xəzərdə fövqəladə halların qarşısının alınması üzrə əməkdaşlıq müqaviləsini ratifikasiya edib Müqavilə Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığını möhkəmləndirməyə imkan verəcək
Region
6 May , 2015 16:42
Qazaxıstan Xəzərdə fövqəladə halların qarşısının alınması üzrə əməkdaşlıq müqaviləsini ratifikasiya edib

Bakı. 6 may. REPORT.AZ/ Qazaxıstan Parlamentinin Məclisi plenar iclasda "Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsinin ratifikasiyası haqqında" qanun layihəsini təsdiq edib. Bu barədə "Report" "Kazinform"a istinadən xəbər verir.

Qanun layihəsini təqdim edən Qazaxıstan daxili işlər naziri Kalmuxanbet Kasımovun sözlərinə görə, Xəzərdə mülki müdafiə sahəsində əməkdaşlıq təbii fəlakət risklərini azaltmağa və təbii və texnogen xarakterli fövqəladə halların nəticələrini minimuma endirməyə kömək edəcək. Müqavilənin ratifikasiyası digər dövlətə təsir edə biləcək fövqəladə halın yaranma riski haqqında xəbər verməyə, fövqəladə halların proqnozlaşdırılması və monitorinqi sahəsində təcrübə mübadiləsi aparmağa, eləcə də tərəfdaş dövlətlərin tədris müəssisələrində mülki müdafiə sahəsi üzrə mütəxəssislərin təlim keçməsinə və onların yenidən hazırlanmasına imkan yaradacaq.

Müqavilə 19 oktyabr 2014-cü il tarixində Xəzəryanı dövlət başçılarının Rusiyanın Həştərxan şəhərində keçirilən 4-cü sammiti çərçivəsində imzalanıb. Müqaviləni Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan imzalayıb.

Son xəbərlər

Orphus sistemi