​Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına qəbul olunub

​Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına qəbul olunub Nursultan Nazarbayev: "Bu bizim üçün tarixi hadisədir"
Region
22 İyun , 2015 15:35
​Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına qəbul olunub

Bakı. 22 iyun. REPORT.AZ/ Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunub.

"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.

Məlumata görə, bununla bağlı ölkə prezidenti Nursultan Nazarbayev Qazaxıstan vətəndaşlarına müraciət edib.

O deyib ki, 19 il sürən davamlı danışıqlar ÜTT-yə üzvlüklə nəticələnib: "Bu gün Cenevrədə İşçi Qrupun yekun iclasında Qazaxıstanın ÜTT-yə üzv qəbul olunması elan edilib. Bu bizim üçün tarixi hadisədir. Qazaxıstan ÜTT-nin 162-ci üzvü oldu. Dünyanın iqtisadi gücləri ölkəmizin sərmayə qoyulması üçün əlverişli şəraitin, beynəlxalq hüququn normalarına uyğun ticarət siyasətinin olduğunu etiraf edib". 

Son xəbərlər

Orphus sistemi