Qazaxıstan, Rusiya və Belarus prezidentləri Astanada görüşəcək

Qazaxıstan, Rusiya və Belarus prezidentləri Astanada görüşəcək Dövlət başçılarının ölkələrarası qarşılıqlı iqtisadi əlaqələri və beynəlxalq problemləri müzakirə edəcəyi gözlənilir
Region
9 Mart , 2015 14:09
Qazaxıstan, Rusiya və Belarus prezidentləri Astanada görüşəcək

Bakı. 9 mart. REPORT.AZ/ Qazaxıstan, Rusiya və Belarus prezidentləri Astanda üçtərəfli görüş keçirəcək.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan prezidentinin mətbuat katibliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, martın 13-də keçiriləcək görüşdə dövlət başçılarının ölkələrarası qarşılıqlı iqtisadi əlaqələri və beynəlxalq problemləri müzakirə edəcəyi gözlənilir.

"Prezidentlər Nursultan Nazarbayev, Vladimir Putin və Aleksandr Lukaşenko dünya iqtisadiyyatındakı inkişaf tendensiyasını və Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər", - mətbuat katibliyi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi