​Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüş tarixi açıqlanıb

​Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüş tarixi açıqlanıb Bir müddət öncə onların martın 13-də Astanada görüşəcəyi bildirilmişdi
Region
16 Mart , 2015 12:20
​Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüş tarixi açıqlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursulatn Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko martın 20-də Qazaxıstanın paytaxtı Astanada görüşəcək.

"Report" "newskaz"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan prezidenti mətbuat xidmətinin başçısı Dauren Abayev bildirib.

Onun sözlərinə görə, görüş vaxtının dəyişdirilməsi "hər üç dövlət liderinin iş qrafikinin sıxlığı" ilə əlaqədardır.

Xatırladaq ki, bir müddət öncə onların martın 13-də Astanada göürşəcəyi bildirilmişdi. 

Son xəbərlər

Orphus sistemi