Qazaxıstan prezidentinin qızı parlamentin yeni tərkibinə daxil edilməyib

Qazaxıstan prezidentinin qızı parlamentin yeni tərkibinə daxil edilməyib Dariqa Nazarbayeva "Nur Otan" partiyasının siyahısına əsasən parlamentin yeni tərkibinə daxil edilməyib
Region
24 Mart , 2016 11:11
Qazaxıstan prezidentinin qızı parlamentin yeni tərkibinə daxil edilməyib

Bakı. 24 mart. REPORT.AZ/ Qazaxıstan prezidentinin qızı, respublikanın baş nazirinin müavini Dariqa Nazarbayeva "Nur Otan" partiyasının siyahısına əsasən parlamentin yeni tərkibinə daxil edilməyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Martın 20-də Qazaxıstanda parlamentin aşağı palatasına (Məclisə) növbədənkənar seçkilər keçirilib. Parlamentdə üç partiya təmsil olunacaq: iqtidardakı "Nur Otan" (seçici səslərinin 82,2%-ni qazanıb), "Ak Jol" (Ağ Yol - 7,18%) və Qazaxıstan Kommunist Xalq Partiyası (7,14%).

Qeyd edək ki, parlamentin aşağı palatasında yer qazanmaq üçün D.Nazarbayeva ilə yanaşı, "Nur Otan" partiyasından daha 126 namizəd mübarizə aparıb. Yekunda partiya 84 deputat mandatı qazanıb.

Xatırladaq ki, 2015-ci ilin sentyabr ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariqa Nazarbayevanı ölkənin baş nazirinin müavini təyin edib. Bu təyinata qədər xanım Nazarbayeva Parlament Məclisinin vitse-spikeri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi