Bakı. 25 iyun. REPORT.AZ/ Qazaxıstan parlamentinin Yuxarı Palatası Xəzərin dibinin bölünməsi haqda Qazaxıstanla Türkmənistan arasında razılaşmanı təsdiqləyib.
"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.
Sənədin imzalanmasında məqsəd Xəzərdəki təbii sərvətlərdən hər iki dövlətin istifadəsinə əlverişli hüquqi şərait yaratmaqdır.
İki ölkə arasında məsələyə dair danışıqlar 2003-cü ildə başlayıb.
Müqavilə 2014-cü il dekabrın 2-də Aşqabadda yekunlaşıb.
Azərbaycanla bu istiqamətdə razılaşma beynəlxalq müqavilə ilə tənzimlənəcək.