​Qazaxıstan parlamenti növbədənkənar prezident seçkisinin keçirilməsini dəstəkləyib

​Qazaxıstan parlamenti növbədənkənar prezident seçkisinin keçirilməsini dəstəkləyib Ölkə qanunvericiliyinə uyğun olaraq, növbədənkənar seçkilərin tarixini prezident təyin edir
Region
18 Fevral , 2015 09:46
​Qazaxıstan parlamenti növbədənkənar prezident seçkisinin keçirilməsini dəstəkləyib

Bakı.18 fevral. REPORT.AZ/ Qazaxıstan parlamentinin Aşağı Palatası növbədənkənar prezident seçkisinin tarixinin təyin edilməsi ilə əlaqədar ölkə prezidentinə müraciət edib.

"Report"un xəbərinə görə, məlumatı "TASS" yayıb.

Fevralın 14-də Qazaxıstan Xalqlar Assambleyası sədrinin müavini Anatoli Başmakov yaxın zamanda növbədənkənar prezident seçkisinin keçirilməsi təklifini irəli sürüb. Bu təşəbbüsü ölkənin aparıcı siyasi təşkilatları və ictimai-siyasi xadimləri dəstəkləyib.

Qazaxıstan qanunvericiliyinə uyğun olaraq, növbədənkənar seçkilərin tarixini prezident təyin edir.

Son xəbərlər

Orphus sistemi