Bakı. 22 iyul. REPORT.AZ/ "Terrorizm Qazaxıstan təhlükəsizliyinə əsas təhdiddir".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın baş prokuroru Jakip Asanov deyib.
"Güc strukturları terrorçuların müəyyənləşdirilməsi və zərərsizləşdirilməsinə yönəlib. Əvvəllər xaricdəki terrorçulardan qorxulurdu. İndi isə daxildən hədələr var", - deyə o prokurorluğun ilin ilk yarısına həsr olunan kollegiyasında çıxış edərkən bildirib.
Baş prokuror qeyd edib ki, respublikanın hüquq-mühafizə sistemi terror və digər təhdidlərin öhdəsindən gələrək vətəndaşlarının təhlükəsizliyini təmin etmək gücündədir.