​Putinlə Kerrinin müzakirə edəcəyi əsas mövzular açıqlanıb

​Putinlə Kerrinin müzakirə edəcəyi əsas mövzular açıqlanıb Peskov: "Putin iyulun 14-də günün ikinci yarısında Con Kerri və Sergey Lavrovu qəbul edəcək"
Region
14 İyul , 2016 06:30
​Putinlə Kerrinin müzakirə edəcəyi əsas mövzular açıqlanıb

Bakı. 14 iyul. REPORT/ Rusiya prezidenti Vladimir Putin iyulun 14-də Moskvada ABŞ-ın dövlət katibi Con Kerrini qəbul edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putin iyulun 14-də günün ikinci yarısında Con Kerri və Sergey Lavrovu qəbul edəcək. Suriya, Ukrayna və ikitərəfli münasibətlərə dair məsələlər müzakirə ediləcək", - deyə Peskov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi