​Putinlə Ərdoğan arasında telefon danışığı olub

​Putinlə Ərdoğan arasında telefon danışığı olub Telefon danışığı təxminən 40 dəqiqəyə yaxın davam edib
Region
29 İyun , 2016 13:49
​Putinlə Ərdoğan arasında telefon danışığı olub

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, telefon danışığı təxminən 40 dəqiqəyə yaxın davam edib. 

Rusiya lideri İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı Türkiyə prezidentinə başsağlığı verib, yaralılara şəfa diləyib.

V.Putin Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpasında maraqlı olduğunu vurğulayıb.

Türkiyə Prezident Administrasiyası dövlət başçıları arasında müzakirələrin məhsuldar keçdiyini açıqlayıb. 

Danışıq barədə Türkiyə və Rusiya prezidentlərinin mətbuat xidmətləri geniş məlumat yayacaq.

Son xəbərlər

Orphus sistemi