​Kremldə Putin və Kerri arasında görüş başlayıb

​Kremldə Putin və Kerri arasında görüş başlayıb Görüşdə Suriya və Ukraynadakı son vəziyyət, həmçinin Moskva və Vaşinqton arasındakı ikitərəfli münasibətlər müzakirə edilir
Region
15 İyul , 2016 00:02
​Kremldə Putin və Kerri arasında görüş başlayıb

Bakı. 15 iyul. REPORT.AZ/ Rusiyaya səfər etmiş ABŞ dövlət katibi Con Kerri ilə prezident Vladimir Putin arasında görüş başlayıb. 

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, görüşdə Suriya və Ukraynadakı son vəziyyət, həmçinin Moskva və Vaşinqton arasındakı ikitərəfli münasibətlər müzakirə edilir.

Vladimir Putin və Con Kerri arasında keçirilən görüşdə Rusiyanın xarici işlər naziri Segey Lavrov, eləcə də hər iki ölkənin digər rəsmi şəxsləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi