​Putin və Ərdoğan Bakıda birgə layihələr, ikitərəfli münasibətlər və dünya məsələlərini müzakirə edəcəklər

​Putin və Ərdoğan Bakıda birgə layihələr, ikitərəfli münasibətlər və dünya məsələlərini müzakirə edəcəklər "Əslində bu, çox mühüm görüşdür"
Region
13 İyun , 2015 07:18
​Putin və Ərdoğan Bakıda birgə layihələr, ikitərəfli münasibətlər və dünya məsələlərini müzakirə edəcəklər

Bakı. 13 İyun. REPORT.AZ/ Ötən gün I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin şənbə günü danışıqlar aparacaqlar. Danışıqlarda bütün münasibətlər kompleksi, həmçinin aktual olan bir sıra regional problemlərin müzakirəsi nəzərdə tutulub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, xüsusilə söhbətin "Türk axını" layihəsindən gedə biləcəyini istisna etməyib.

"Şübhəsiz ki, vaxt çatarsa, onlar, əlbəttə ki, ikitərəfli münasibətlərin gündəliyində duran böyük aktual layihələr üzrə fikir mübadiləsi apara bilərlər", -deyə o jurnalistlərə bildirib.

Bugünkü danışıqlardan söhbət açan Peskov danışıqların vacibliyini vurğulayıb.

"Əslində bu, çox mühüm görüşdür", - deyə o bildirib və Putin ilə Ərdoğanın çoxdandır görüşmədiklərini xatırladıb.

"Rusiya və Türkiyə ticarət və iqtisadiyyat, investisiya yatırımı, ən müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində iri layihələr həyata keçirən çox mühüm tərəfdaşdır", - deyə mətbuat katibi söyləyib.

Ona görə, Peskovun sözlərinə görə, dövlət başçılarının hər görüşündə danışıqların gündəliyi geniş olur.

Son xəbərlər

Orphus sistemi