​Putin Ukrayna ilə azad ticarət zonası haqqında sazişin dayandırılmasına dair fərman imzalayıb

​Putin Ukrayna ilə azad ticarət zonası haqqında sazişin dayandırılmasına dair fərman imzalayıb Bu, "Rusiyanın iqtisadi təhlükəsizliyi və maraqlarına toxunan müstəsna hallarla əlaqədardır"
Region
16 Dekabr , 2015 22:51
​Putin Ukrayna ilə azad ticarət zonası haqqında sazişin dayandırılmasına dair fərman imzalayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin "Rusiyanın iqtisadi təhlükəsizliyi və maraqlarına toxunan müstəsna hallarla əlaqədar" 2016-cı il 1 yanvar tarixindən etibarən Ukrayna ilə azad ticarət zonası haqqında müqavilənin fəaliyyətinin dayandırılmasına dair fərman imzalayıb.

"Report" xəbər verir ki, sənəd hüquqi informasiya rəsmi internet portalında yerləşdirilib.

Rusiyanın baş naziri Dmitri Medvedev dekabrın 9-da verdiyi açıqlamasında bildirib ki, Ukrayna Avropa İttifaqı ilə assosiativ üzvlük astanasında olduğundan, 1 yanvar 2016-ci ildən etibarən onunla güzəştli ticarət rejimi dayandırılmalıdır.

Son xəbərlər

Orphus sistemi