Vladimir Putin Türkiyə və Rusiya futbol yığmalarının oyunu üçün Antalyaya getməyəcək

Vladimir Putin Türkiyə və Rusiya futbol yığmalarının oyunu üçün Antalyaya getməyəcək Dmitri Peskov: "Biz uzaqdan azarkeşlik edəcəyik"
Region
29 Avqust , 2016 16:42
Vladimir Putin Türkiyə və Rusiya futbol yığmalarının oyunu üçün Antalyaya getməyəcək

Bakı. 29 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyə və Rusiya futbol yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün Türkiyəyə getməyəcək.

"Report" RİA "Novosti" yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, getməyəcəyik. Biz uzaqdan azarkeşlik edəcəyik", - deyə D.Peskov bildirib.

Xatırladaq ki, futbol üzrə Türkiyə və Rusiya milli komandaları avqustun 31-də Antalya şəhərində yoldaşlıq oyununda üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi