​Putin: "Türkiyə bilərəkdən Rusiya ilə münasibətləri dalana sürüyür"

​Putin: "Türkiyə bilərəkdən Rusiya ilə münasibətləri dalana sürüyür" "Beynəlxalq terrorçuluğa qarşı koalisiya yaranacaq və Rusiya Hava-Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatlarını dəstəkləyəcək"
Region
26 Noyabr , 2015 15:14
​Putin: Türkiyə bilərəkdən Rusiya ilə münasibətləri dalana sürüyür

Bakı. 26 noyabr. REPORT.AZ/ "Türkiyə bilərəkdən Rusiya ilə münasibətləri dalana sürüyür".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin səfirlərinin etimadnaməsinin təqdim edilməsi mərasimindəki çıxışında bildirib.

"Su-24"ün vurulması ilə bağlı indiyədək nə üzrxahlıq edilib, nə də "Su-24"lə bağlı dəyən ziyanın ödənilməsinə dair təklif irəli sürülüb. Beynəlxalq terrorçuluğa qarşı koalisiya yaranacaq və Rusiya Hava-Kosmik Qüvvələrinin Suriyadakı uğurlu əməliyyatlarını dəstəkləyəcək.

Biz antiterror mübarizəsində özümüzə tərəfdar və müttəfiq bildiyimizin əməlini izahedilməz, kürəyimizə vurulan zərbə hesab edirik", - V.Putin vurğulayıb.

Son xəbərlər

Orphus sistemi