Putin: "Türk axını" layihəsinin reallaşdırılması Brüsselin zəmanətindən asılıdır"

Putin: "Türk axını" layihəsinin reallaşdırılması Brüsselin zəmanətindən asılıdır" "Türk axını" qaz kəməri layihəsi yalnız Türkiyənin Brüsselin zəmanətinə təminat verməsi halında reallaşacaq"
Region
17 Dekabr , 2015 17:45
Putin: Türk axını layihəsinin reallaşdırılması Brüsselin zəmanətindən asılıdır

Bakı. 17 dekabr. REPORT.AZ/ "Türk axını" qaz kəməri layihəsi yalnız Türkiyənin Brüsselin zəmanətinə təminat verməsi halında reallaşacaq".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

"Bizə Avropa Komissiyasının Avropaya gedən bütün marşrutlar, o cümlədən Türkiyədən keçəcək mümkün yolun prioritet olması və Avropa Komissiyasının bunu dəstəkləyəcəyi barədə yazılı zəmanəti lazımdır", - dövlət başçısı deyib.

O bildirib ki, türkiyəli tərəfdaşlar "Qazprom"a Brüsseldən alınmış müvafiq sənəd təqdim etdiyi zaman Moskva bu məsələdə irəliləməyə başlayacaq. Eyni zamanda V.Putin hələ ki, heç nəyin görünmədiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi