​Putin: "Suriyada İŞİD-ə zərbələr davam etdiriləcək"

​Putin: "Suriyada İŞİD-ə zərbələr davam etdiriləcək" "Müxalifətçilər Suriyada hərbi əməliyyatları dayandırmalıdırlar"
Region
22 Fevral , 2016 23:05
​Putin: Suriyada İŞİD-ə zərbələr davam etdiriləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 26-sı günortayadək Suriyada bütün müharibə edən tərəflər atəşkəsə sadiq olduqlarını təsdiq etməlidirlər, İŞİD-ə zərbələr davam etdiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

"ABŞ və Rusiya fevralın 27-dən Suriyada atəşkəs barədə razılıq əldə edib. Rusiya Dəməşqlə lazımi işləri görəcək və ümid edir ki, ABŞ da analoji fəaliyyəti müxalifətlə həyata keçirəcək", - deyə o bildirib.

Prezidentin sözlərinə görə, Suriyada qan tökülməsinə son qoymaq üçün fürsət yaranıb.

"Suriyaya humanitar yardımın çatdırılmasını təmin etmək lazımdır. Rusiya ümid edir ki, region dövlətləri Moskva və Vaşinqtonun Suriya üzrə fəaliyyətini dəstəkləyəcək. Müxalifətçilər Suriyada hərbi əməliyyatları dayandırmalıdırlar", - deyə Putin əlavə edib.

Son xəbərlər

Orphus sistemi