Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiya və Qazaxıstanın Xəzərdə birgə neft hasilatı ilə bağlı böyük planları var.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Bizim
Rusiya prezidenti Rusiya ərazisindən xarici bazarlara Qazaxıstan neftinin keçdiyini xatırladıb. O, əlavə edib ki, şirkətlərə böyük karbohidrogen yataqlarının işlənməsinə başlamaq üçün imkan yaradan Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında saziş imzalanıb.