​Putin: "Rusiya gəmiləri Xəzər dənizindən Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib" - VİDEO

​Putin: "Rusiya gəmiləri Xəzər dənizindən Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib" - VİDEO "Yaraqlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub"
Region
7 Oktyabr , 2015 16:53
​Putin: Rusiya gəmiləri Xəzər dənizindən Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib - VİDEO

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiyanın hərbi döyüş gəmiləri Xəzər dənizi akvatoriyasından Suriyada İŞİD-in mövqelərinə zərbələr endirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - prezident bildirib.

"Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - Şoyqu Putinlə görüşdə bildirib.

Son xəbərlər

Orphus sistemi