Putin Rusiya Dövlət Dumasına seçkilərdə səs verib

Putin Rusiya Dövlət Dumasına seçkilərdə səs verib Dövlət başçısı 2151 saylı seçki məntəqəsinə gəlib
Region
18 Sentyabr , 2016 14:16
Putin Rusiya Dövlət Dumasına seçkilərdə səs verib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bu gün Dövlət Dumasına keçirilən seçkilərdə səs verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, dövlət başçısı yerli vaxtla saat 12:30-da başçısı Moskvanın Lenin prospektində, Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı seçki məntəqəsinə gəlib.

O, seçki komissiyasının üzvləri ilə görüşüb və şəxsiyyət vəsiqəsini təqdim edib. Rusiya prezidenti sonra iki seçici bülleteni götürərək səs vermək üçün səsvermə kabinəsinə daxil olub.

Daha sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı media mənsublarının seçki gününü necə keçirməsi barədə sualına  "İşə gedirəm" - deyə cavab verib. Rusiya prezidenti namizədlərdən birinə səs verdiyini də əlavə edib. 

Son xəbərlər

Orphus sistemi