​Putin: "Qızlarım Rusiyadadır, daimi yaşamaq üçün heç yerə getməyiblər"

​Putin: "Qızlarım Rusiyadadır, daimi yaşamaq üçün heç yerə getməyiblər" Rusiya prezidenti ailə məsələlərini müzakirə etmədiyini vurğulayıb
Region
17 Dekabr , 2015 15:31
​Putin: Qızlarım Rusiyadadır, daimi yaşamaq üçün heç yerə getməyiblər

Bakı. 17 dekabr. REPORT.AZ/ "Qızlarım Rusiyadadır və daimi yaşamaq üçün heç yerə getməyiblər".

"Report"un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin illik 11-ci mətbuat konfransında bildirib.

O, qızlarından birinin Moskva Dövlət Universiteti yanında Fondda çalışdığını etiraf edib: "Onların hər ikisi yetkin insanlardır və həyatlarını qurmaq haqları var. Onlar daimi yaşamaq üçün Rusyadan xaricə getməyib. Rusiyada oxuyublar".

Rusiya prezidenti ailə məsələlərini müzakirə etmədiyini vurğulayaraq, qızlarının üç dildə sərbəst danışdıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi