Putin MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək

Putin MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək Əsasən Suriya və Əfqanıstanda təlim keçmiş terrorçularla mübarizə məsələlərini müzakirə ediləcək
Region
28 Oktyabr , 2015 07:28
Putin MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bu gün MDB xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

"Report"-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Kremlin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, görüş zamanı əsasən Suriya və Əfqanıstanda təlim keçmiş terrorçularla mübarizə məsələlərini müzakirə ediləcək.

Qeyd edək ki, Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclası keçirilir. Tədbir iştirakçıları nəqliyyat sahəsində terror təhlükəsinə dair məlumat mübadiləsi və 2017-2019-cu illər üçün ekstemizmlə mübarizə üzrə əməkdaşlıq proqramının layihəsini müzakirə edirlər.

Son xəbərlər

Orphus sistemi