Putin: "MDB ölkələrindən olan 5-7 min nəfər İŞİD sıralarında döyüşür"

Putin: "MDB ölkələrindən olan 5-7 min nəfər İŞİD sıralarında döyüşür" "Biz onların Suriyada aldıqları təcürbəni bir müddət sonra öz evimizdə tətbiq etmələrinə yol verə bilmərik"
Region
16 Oktyabr , 2015 13:43
Putin: MDB ölkələrindən olan 5-7 min nəfər İŞİD sıralarında döyüşür

Bakı. 16 oktyabr. REPORT.AZ/ "MDB ölkələrindən olan 5-7 min nəfər İŞİD ekstremist qruplaşmasının sıralarında döyüşür".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB-nin Qazaxıstanda keçirilən sammitindəki çıxışında bildirib.

"Müxtəlif rəqəmlərə görə, İŞİD tərəfdən Rusiyadan və MDB-nin başqa ölkələrindən olan 5-7 min nəfər döyüşür. Biz onların Suriyada aldıqları təcürbəni bir müddət sonra öz evimizdə tətbiq etmələrinə yol verə bilmərik", - Putin vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya daxili işlər nazirinin müavini Alkesandr Qorovoy ölkəsinin 2 500 vətəndaşının İŞİD sıralarında döyüşdüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi