Putin: "MDB ölkələri üçün xarici təhlükə azalmır"

Putin: "MDB ölkələri üçün xarici təhlükə azalmır" "Dünyada heç bir dövlət təkbaşına terrorizmlə effektiv şəkildə mübarizə apara bilmir"
Region
28 Oktyabr , 2015 17:24
Putin: MDB ölkələri üçün xarici təhlükə azalmır

Bakı. 28 oktyabr. REPORT.AZ/ "MDB ölkələri üçün xarici təhlükə azalmır, bununla belə, demək olar ki, problemlər hətta dərinləşir, köhnələrə yeniləri əlavə olunur". 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdə bildirib. 

Putin xüsusilə Əfqanıstan və Yaxın Şərqdəki mürəkkəb vəziyyətə diqqət çəkib. 

Onun sözlərinə görə, dünyada heç bir dövlət təkbaşına terrorizmlə effektiv şəkildə mübarizə apara bilmir: "Sizin xidmətlərinizin effektiv işi olmadan bizim dövlətlər inkişaf edə bilmir".

Son xəbərlər

Orphus sistemi