​Putin Ermənistanın AİB-ə üzv qəbul edilməsi haqda sənədi imzalayıb

​Putin Ermənistanın AİB-ə üzv qəbul edilməsi haqda sənədi imzalayıb Sənəd 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək
Region
23 Dekabr , 2014 15:41
​Putin Ermənistanın AİB-ə üzv qəbul edilməsi haqda sənədi imzalayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv qəbul edilməsi haqqında ölkə parlamenti tərəfindən ratifikasiya olunmuş sənədi imzalayıb.

"Report" " RİA Novosti"yə istinadən xəbər verir ki, sənədə əsasən, Ermənistan AİB-lə bağlı müqaviləyə, eləcə də Gömrük İttifaqı çərçivəsində başqa beynəlxalq sənədlərə qoşulacaq.

Bundan başqa, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü kimi Ermənistanın tarif öhdəliklərinə, habelə vahid gömrük tariflərinə düzəlişə də baxılacaq.

Qeyd edək ki, AİB-in yaradılması ilə bağlı müqavilə bu il mayın 29-da Astanada Rusiya, Belarus və Qazaxıstan tərəfindən imzalanıb. Sənəd 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi