Vladimir Putin Çin sədrinə hədiyyə olaraq Rusiya dondurması aparıb

Vladimir Putin Çin sədrinə hədiyyə olaraq Rusiya dondurması aparıb "Sizə hədiyyə olaraq bütöv bir dondurma qutusu gətirmişəm"
Region
4 Sentyabr , 2016 09:33
Vladimir Putin Çin sədrinə hədiyyə olaraq Rusiya dondurması aparıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Szinpinə hədiyyə olaraq rus dondurması aparıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, ikitərəfli görüşün əvvəlində Rusiya prezidenti xatırladıb ki, Çin sahibkarları Vladivastokda söhbət zamanı ona ölkələrində rus dondurmasının çox sevildiyi barədə danışıblar.

"Mən sizə onu gətirəcəyim barədə söz vermişdim və hədiyyə olaraq bütöv bir dondurma qutusu gətirmişəm", - deyə Putin bildirib.

Öz növbəsində Si Szinpin Putinə hədiyyəyə görə təşəkkürünü ifadə edib.

"Hədiyyəyə, dadlı dondurmaya görə çox sağolun. Mən Rusiyaya hər səfərimdə xahiş edirəm ki, mənə rus dondurması alsınlar. Sonra biz evdə onu yeyirik. Sizin qaymaqlar çox yaxşıdır, ona görə də dondurma sizdə çox dadlı alınır. Mənim çox xoşuma gəlir. Bu mehribançılığa görə sağ olun", - deyə Si Szinpin söyləyib.

Son xəbərlər

Orphus sistemi