Bakı. 23 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Minsk razılaşmasının icra olunacağına ümid bəsləyir və o, əmindir ki, Ukraynanın şərqindəki vəziyyətin normallaşması üçün düzgün yol budur.
"Report" xəbər verir ki, bu barədə o, bazar ertəsi "Rossiya-24" telekanalının efirində yayımlanan müsahibəsi zamanı bildirib.
"Mən bu (razılaşma)nın yerinə yetiriləcəyinə ümid edirəm. Və əgər bu yerinə yetirilərsə, ölkənin bu regionunda vəziyyətin normallaşması üçün gedilən ən düzgün yol olacaq", - deyə Rusiya lideri qeyd edib.
Prezidentin sözlərinə görə, Avropa ölkələri də Ukraynadakı vəziyyətin normallaşmasında maraqlıdırlar.
"Avropa Minsk sazişlərinin icra olunmasında Rusiyadan heç də az maraqlı deyil", -deyə Putin əlavə edib.
"Avropa periferiyasında münaqişə heç kimə lazım deyil", - deyə o aydınlıq gətirib.