​Putin 38 min hərbçinin döyüş hazırlığının yoxlanılması haqda əmr verib

​Putin 38 min hərbçinin döyüş hazırlığının yoxlanılması haqda əmr verib Rusiyanın Xarici İşlər Nazirliyi NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi təlim keçirməsindən narahatdır
Region
16 Mart , 2015 12:26
​Putin 38 min hərbçinin döyüş hazırlığının yoxlanılması haqda əmr verib

Bakı. 16 mart. REPORT.AZ/ Rusiya prezidenti, ölkənin ali baş komandanı Vladimir Putin Şimal Hərbi Dəniz Donanması, Qərb Hərbi Dairəsinin ayrı-ayrı birləşmələri və Hava-Desant qoşunlarına gözlənilmədən nəzarət çərçivəsində hərbi hazırlıq vəziyyətinin yoxlanılması ilə bağlı tədbirin keçirilməsi haqda göstəriş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, bu tədbirdə 38 min hərbçinin döyüş hazırlığı yoxlanılacaq. Bundan başqa, aksiyaya 3,36 min hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və helikopter cəlb ediləcək.

Qeyd edək ki, tədbir bu gün səhərdən başlayıb.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi təlim keçirməsindən narahat olduğunu bildirib. Ölkə xarici işlər nazirinin müavini Aleksey Meşkovun sözlərinə görə, bu addım Avropanın şimal-şərqində vəziyyəti mənfi yöndə gərginləşdirə bilər. 

Son xəbərlər

Orphus sistemi