Prokuruluq, Özgecan Aslanın qatillərinə ömürlük həbs cəzası istədi

Prokuruluq, Özgecan Aslanın qatillərinə ömürlük həbs cəzası istədi Məhkəmə prosesinin başlama tarixi iki həftə ərzində məlum olacaq
Region
9 Aprel , 2015 22:14
Prokuruluq, Özgecan Aslanın qatillərinə ömürlük həbs cəzası istədi

Bakı. 9 aprel. REPORT.AZ/ Türkiyənin Tarsus rayonunda 20 yaşlı tələbə Özgecan Aslanı öldürməkdə şübhəli bilinən avtobus sürücüsü Suphi Altındökən ilə ona bu cinayətdə köməklik etmiş atası Necmettin Altındöken və dostu Fatih Gökçe ilə bağlı məhkəmə prosesinin hazırlıqları tamamlanıb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, prokuruluq orqanları hər üç şəxsin "ağırlaştırılmış ömürlük həbs cəzasına" məhkum edilməsini tələb edib.

Mersin şəhərinin polisi, bu ilin fevral ayında Ö.Aslanın yanmış cəsədini çay qırağında aşkar etmişdi. Zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərən tələbə qızın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəsi aldığı bildirilirdi. 

Məhkəmə prosesinin başlama tarixi önümüzdəki iki həftə ərzində məlum olacaq.

Son xəbərlər

Orphus sistemi